“Azərbaycanda 2016-cı ildə “Multikulturalizm ili” elan edilib. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə bu istiqamətdə daha da möhkəmləndi”.
Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.
Türkiyə Prezidenti dialoqa dəstək verən bütün ölkələrə təşəkkür edib.
Onun sözlərinə görə, dünyada radikal qruplar var, bunlara qarşı mübarizə aparmaq lazımdır: “Suriyada, İraqda hələ də terror təhlükəsi var. Görünür, biz dialoq mühitini dünyaya qəbul etdirə bilməmişik. XXI əsrdə bu təhdidlərə son verməliyik. Terrorun insanlara vurduğu zərər dözülməzdir. Açıq deyirəm ki, terrorla xeyli insan öldürülüb, mədəniyyət abidələri dağıdılıb. Ksenofobiyanın sürətlə yayıldığını görürük. Fərqli mədəniyyətlərə, dinlərə aid insanlar arasında uçurumun dərinləşməsi təhlükəlidir. Terrorun dini, milliyyəti yoxdur. Mənası barış olan bir din terrora yol verərmi? Əsla, yol verməz. Bizim etiqad etdiyimiz İslam dini terroru pisləyir. Necə ola bilər, ölən də “Allahu-Əkbər deyir, öldürən də? Burada, sadəcə, İslam dinindən istifadə edilir”./report/