Ərdoğan Sultanəhməddə partlayışı törədənin kimliyini açıqladı
12.01.2016 463 0
Türkiyə prezidenti Rəəcəb Tayyib Ərdoğan İstanbul şəhərindəki Sultanəhməd Meydanında partlayışı törədənin kimliyini açıqlayıb.
NTV-yə istinadən verilən xəbərə görə, Türkiyənin müxtəlif ölkələrdəki səfirləri ilə keçirdiyi görüşdə çıxış edən Ərdoğan deyib ki, partlayışı suriyalı kamikadze törədib. O, hadisə nəticəsində 10 nəfərin öldüyünü, 15 nəfərinsə xəsarət aldığını bildirib: “Yaxın saatlarda hadisə ilə bağlı rəsmi açıqlama yayılacaq. Bizim üçün İŞİD, PKK və digər terror təşkilatlarının fərqi yoxdur. Bölgədə fəaliyyət göstərən bütün terror təşkilatlarının hədəfi Türkiyədir”. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər