Türkiyədə parlament seçkilərinə bir həftədən az vaxt qaldığı müddətdə siyasilər arasında gərginlik pik həddə çatıb.
Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurum şəhərində xalq qarşısında çıxışı zamanı Milliyətçi Hərakat partiyasının lideri Dövlət Baxçalının onun haqqında səsləndiriyi fikirlərə sərt sözlərlə cavab verib.
Baxçalının "Ərdoğan İmralıda PKK lideri Abdulla Öcalanla görüşüb" iddiasına Ərdoğan belə cavab verib: "Baxçalı bunu sübut etməlidir. Sübut edə bilməzsənsə, alçaqsan, namərdsən".
Qeyd edək ki, bundan əvvəl Cümhuriyyət Xalq partiyasının lideri Kamal Kılıçdaroğlu isə iddia etmişdi ki, Ərdoğan yeni iqamətgahını inşa etdirərkən qızıldan istifadə edib. Ərdoğan isə cavab vermişdi ki, əgər Kılıçdaroğlu bunu sübut edərsə, həmin gün prezident postundan istefa verəcəm. Sübuet edə biləzsə, özü istefa verəcək./anspress/