Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son zamanlar ölkədə baş verənlərlə bağlı açıqlama verib.
Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yerli kanallların birində canlı olaraq çıxış edib və ölkədə son zamanlar baş verən faciələrlə bağlı danışıb:
"Ölkəmiz çox gözəldir, amma çətin coğrafiyada yerləşir. Artvində baş verən sel nəticəsində dünyasını dəyişənlərin yaxınların başsağlığı verirəm. Yaralılara dövlət tərəfindən hər cür yardım göstəriləcək. Türkiyə indi ən kritik vəziyyətini yaşayır. Yaxın Şərqdə hücumlar səngimək bilmir. Terror aktları davam edir. Amma təklükəsizlik xidməti hər cür hücumun qarşısını almağa hazırdır.
Mən müvəqqəti hökümət qurmaq əmri vermişəm. Millətimdən mənə dəstək istəyirəm. O zaman ölkəmizə qulluq etməyə davam edəcəyik.
Mənə hələ millətin iradəsini tanımıram kimi baxanlar var. Mənə qarşı bu ittihamı irəli sürənlər əvvəl aynaya baxsınlar. Mən bu mövqeyə millətimin iradəsi ilə gəldim.
Hər kəsin işi gücü bir tək mənimlədir, Ərdoğan aşağı, Ərdoğan yuxarı. Mən bu seçkilərə girməyəcəm. Bu seçkilərə partiyalar girəcək. İnşallah, istədiyim nəticə olar və Türkiyə yenidən istiqlala qovuşar. Seçimdə əsas milli iradə təmsil olunar. 12 ildir ki, bu ölkədə istiqlal var, bundan sonra da olacağına inanıram.
Biz "rədd" politikasına keçmişik. Amma terrorçular yok. Onlar bunu anlamaq istəmirlər. Silahlıların hücumu məktəblərimizi, məscidlərimizi, universitetlərimizi dağıtdı. Bunlar qandan, ölümdən yaranıblar. Diyarbəkirdə də, Suruçda da eyni oynu oynayan PKK terrorçuları indi bizə hücum etmək istəyirlər"./anspress/