Ərdoğan sərt xəbərdarlıq etdi
27.04.2015 758 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Küveytə səfəri öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Məlumata görə, Ərdoğan "paralel dövlət" üzvlərinin azad edilməsinə və Şimali Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncının açıqlamalarına sərt cavab verib. 

"Paralel dövlət" içində yer alanların hamısının əvəzini ödəməsi lazımdır. Bu ölkə təsadüfi bir ölkə deyil. Bu ölkədə artıq demokratiya suveren olacaq, hüquq, ədalət yerini tapacaq. Elə istəyənin istədiyi kimi ədaləti tənzimləməsi səlahiyyəti də, haqqı da yoxdur. Daha da irəli getmək istəmirəm, daha fərqli şeylər izah etmək istəmirəm", - deyə Türkiyə prezidenti bildirib. 

Ərdoğan bəzi millət vəkillərinin Ədalət Sarayına getməsini də Pensilvaniyadan verilmiş tapşırıqla əlaqələndirib. 

Ərdoğan Mustafa Akınçıya cavab olaraq bunu söyləyib: "Ağzından çıxanı qulağının duyması lazımdır. Onların baxdığı kimi Kiprə baxa bilmərik. Şimali Kıbrıs bala vətəndir. Bir ananın balaya baxması eyni şəkildə davam edəcək. Diqqətli olması lazımdır"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar