Ərdoğan Rusiyaya səfər edəcək
06.11.2017 716 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək.
"Haber7"yə istinadən verilən xəbərə görə, səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Səfər zamanı əsas müzakirə mövzusu Suriya olacaq. R. T. Ərdoğan Rusiya tərəfindən Soçidə keçirilməsi planlaşdırılan Suriya Xalqları Konqresinə kürd qruplaşması PYD-nin dəvət olunması ilə əlaqədar narazılığını çatdıracaq. Türkiyə PYD-YPG qruplaşmasını terror təşkilatı sayır.
R. T. Ərdoğan Rusiyadan sonra Küveytə səfər edəcək./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər