Ərdoğan Rusiyaya meydan oxudu (VİDEO)
07.01.2016 2178 0.0 0

Türkiyə prezdienti Rəcəb Tayyib Ərdoğan yenidən Rusiyanın ünvanına sərt açıqlamalar verib.

Məlumata görə, Xalqların Demakratik partiyasının həmsədri Səlahəddin Dəmirdaşın Moskvaya səfərinə münasibət bildirən Ərdoğan deyib ki, Rusiya PKK-nı daha da silahlandırmaq istəyir.

Türkiyə prezidenti bildirib ki, təhlükəsizlik qüvvələri itkilər versə də mübarizələrini əzmlə davam etdirirlər.

"Köhnə Türkiyənin yolunu dəyişdirmək asan idi. Amma yeni Türkiyəyə qarşı heç kim əməliyyat həyata keçirə bilməz. 13 il ərzində yaşadığımız hadisələrin öhdəsindən necə gəlmişiksə, bunları da dəf edəcəyik. Biri Moskvaya gedir, məsləhət alır. Onun arxasında duran terror təşkilatına silah dəstəyi verəcəklərmiş. Nə istəyirlərsə, etsinlər. Bizdə bu ruh və inanc olduqdan sonra nə bir qarış torpaq verərik, nə də hədəflərimizdən vaz keçərik. Nə etsəniz də bizi yolumuzdan döndərə bilməyəcəksiniz. Allah bizə yetər, O, nə gözəl vəkildir", deyə Ərdoğan bəyan edib.

 

Son üç ildə 3100-dən çox terrorçunun öldürüldüyünü bildirən Türkiyə prezidenti terrorla mübarizə sonuna qədər davam etdiriləcək.

"Biz min ildir ki, bu torpaqlarda bədəlini ən ağır şəkildə ödəmiş millətik. Dimdik ayaqdayıq, durmağa da davam edəcəyik. Terrorla mübarizə aparanların Çanaqqala, Qurtuluş savaşı və Malazgirt ruhu ilə mübarizə apardığını biliriəm. Nə etsəniz də Türkiyə 2023, 2053, 2071 vizyonlarına nazil olacaq", deyə prezident sözlərinə əlavə edib.

Səlahəddin Dəmirdaş dekabrın 23-də Moskvaya səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Dəmirdaş səfərdən sonra rusiyalı rəsmilərin qulağına pıçıldadığı muxtariyyət planını ortaya atıb.

 


Lavrov - Dəmirdaş görüşü

Ərdoğan Dəmirdaşın bu açıqlamasına sərt reaksiya verib və onun barəsində cinayət işi açıldığını bildirib:

"Türkiyənin cənub-şərqində Kürdüstan qurulacaq. Xalqların Demokratik Partiyasının həmsədrinin açıq bir şəkildə bu muxtariyyət bəyanatı xəyanətdir, təxribatdır. Türkiyə üzərindən əməliyyat həyata keçirmək istəyən hər bir kəs bunun cavabını alacaq. Bu xəyanətkar dəstə həm hüquqdan, həm də millətdən lazım olan cavabı alacaq”./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar