Ərdoğan Ruhanini xüsusi mərasimlə qarşıladı- VİDEO, FOTO
16.04.2016 727 0.0 0


İran prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib. Məlumata görə, prezident Ərdoğan Ruhanini xüsusi rəsmi mərasimlə qarşılayıb. 
Bölgə ölkələrinin daxili işlərinə müdaxilə etdiyi üçün İstanbulda qınaq obyekti olan İran üçün Ankarada əsl səfərbərlik elan edilib.

 


İran liderini prezident sarayının qarşısındakı küçədə qarşılayan süvarilər qonağı əsas qapıya qədər müşayiət ediblər. Türkiyə prezidenti Həsən Ruhanini qapıda qarşılayıb. Hər iki rəhbər protokolla müəyyən edilən yerlərini tutduqdan sonra 21 top atəşi açılıb və himnlər səsləndirilib. 

 

 

Ruhani Türkiyə qvardiyasını türkcə "salam, əsgər!" deyərək salamlayıb. Mərasimdə tarixi 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də olub. 
 
İki ölkə nümayəndə heyətlərinin təqdimatının sonunda Ərdoğan və Ruhani pilləkənlərdə Türkiyə və İran bayraqları önündə əl sıxaraq şəkil çəkdiriblər. Mərasim bitdikdən sonra isə hər iki ölkə başçısının təkbətək görüşü başlayıb.

 

 

Mərasimdə nazirlər də iştirak ediblər. 

İran prezidenti Türkiyəyə aprelin 13-də burada keçirilən İslam Əməkdaşlıq Təşkilatının  13-cü toplantısında iştirak etmək üçün gedib. Sammitdə İslam dövlətləri üçün  bir çox önəmli məsələlər, Suriya və Fələstində baş verən hadisələr, o cümlədən Azərbaycan üçün çox vacib məsələ olan Dağlıq Qarabağ problemi müzakirə edilib. 
Həsən Ruhani zirvə toplantısının ikinci günü Azərbaycan prezidenti İlham Əliyev ilə də görüşüb. Onlar iki ölkə arasında əməkdaşlıq, təmas xəttində baş verən hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan prezidenti İran İslam Respublikası prezidentinə son hadisələrlə bağlı verdiyi dəstəyə görə öz minnətdarlığını bildirib. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar