Ərdoğan Putinə sərt xəbərdarlıq etdi (VİDEO)
03.12.2015 1617 0.0 0

Qətərdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya növbəti dəfə xəbərdarlıq edib.Məlumata görə, Ərdoğan bildirib ki, Türkiyə heç bir halda hisləri ilə addım atmayıb və bundan sonra da atmayacaq.

"Bütün dünya haqlı olduğumuzu qəbul edir. Rusiya isə həddindən artıq kəskin reaksiya verir. Biz bunu təəssüflə izləyirik. Əgər Rusiya bu təpgilərini davam etdirəcəksə, biz də pz tədbirlərimizi həyata keçirmək məcburiyyətində qalacağıq", deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara da toxunub. İraq və Suriyada baş verən hadisələrin daha da gərginləşməyə davam etdiyini deyən Ərdoğan bu torpaqlara aidiyyatı olmayan dövlətlərin baş verən hadisələrə müdaxiləsini başa düşmək mümkün deyil.

"Terrorçu qruplaşmalarla mübarizə aparacaqlarsa, bunu birlikdə həyata keçirək. Amma terror bəhanəsi ilə məsum insanlar öldürülürsə, bu, yanlışdır. Bu bəhanə ilə dinc sakinlər öldürülə bilməz", deyə prezident bildirib.

 


R.T.Ərdoğan Qətərdə səfərdədir

Oktyabr ayında Putini şəxsən özünün xəbərdarlıq etdiyini xatırladan Ərdoğan deyib ki, həmin telefon danışığında rusiyalı həmkarı təyyarələrlə bağlı ona söz vermişdi: "Hatay sərhədində təəssüfləndirici hadisə baş verdi. Sərhədimizi pozan təyyarələrdən biri Suriyaya qayıdarkən digəri Türkiyə sərhədi daxilində qırıcılarımız tərəfindən vuruldu. Daha sonra təyyarənin Rusiyaya aid olduğu məlum oldu. Oktyabrda Putinlə telefonda danışmışdım və xəbərdarlıq etmişdim. "Səhv var" dedilər. Bu dediklərim oktyabrın 3-4-ə olub. Putin "bundan sonra olmayacaq" dedi. Hər millət qarşısındakı millətə hörmətlə yanaşmalıdır. Zalım, qatil Əsədin ölkəsində sizin nə işiniz var. Siz də zülmə şərik olmusunuz".

 

 

Ərdoğan Rusiya-Türkiyə münasibətlərindəki gərginliyin daha da artmasını istəmədiyini vurğulayıb: "Alova doğru getməyin heç bir mənası yoxdur. Biz hislərimizlə davranmadıq, bundan sonra da davranmayacağıq. Bu hadisəni daha da böyütmək fikrimiz yoxdur. Diplomatik dillə hərəkət edəcəyik. Rusiyanın təpgiləri davam edərsə, biz də buna qarşı tədbirlərimizi alacağıq".

Ədoğan Putinin "Türkiyə İŞİD-lə neft ticarəti ilə məşğuldur" iddiasına da cavab verib: "İŞİD-in neftini Türkiyənin aldığını demək və bu cür iftiranı Türkiyənin üzərinə atmaq haqqına heç kim sahib deyil. Türkiyə bir terror qruplaşmasından neft alacaq qədər əxlaqi dəyərlərini itirməyib. Belə böhtanı heç kim Türkiyəyə ata bilməz. İddiasını isbatlamayan o kürsüdə oturmamalıdır"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar