Ərdoğan: Nobel komitəsi siyasi struktura çevrilib
11.12.2019 445 0.0 0

"Nobel komitəsi siyasi və ideologiyaya əsaslanan struktura çevrilib. Mənim üçün bu mükafatın heç bir dəyəri yoxdur".

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu il üzrə Nobel mükafatının Avstriya yazıçısı və dramaturqu Piter Handkeyə verilməsini şərh edərkən deyib.

Türkiyə liderinin sözlərinə görə, əgər ədəbiyyat üzrə Nobel mükafatı ksenofobiya baxışları olan insana verilirsə, o, bütün dünyada insan hüquqlarını pozanların mükafatı olacaq.

"Bu mükafatın verilməsi mərasimində Türkiyə nümayəndələri olmayacaq. Belə cinayətkarın mükafatlandırılmasında iştirak etmək cinayətin şəriki olmaq deməkdir", - dövlət başçısı bildirib.

Ərdoğan əlavə edib ki, əgər nə vaxtsa onu Nobel mükafatı ilə təltif etsələr, bu mükafatdan imtina edəcək.

Qeyd edək ki, Albaniya, Türkiyə, Xorvatiyanın səfirləri Nobel mükafatının təqdim edilməsi mərasimini boykot ediblər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar