Prezident Ərdoğan, "Türkiyə, İsrailin pərvazsız və hüquq tanımaz hərəkətlərinə qarşı, İslam dünyasının və beynəlxalq ictimaiyyətin üzvləri ilə birlikdə mübarizə etməyə davam edəcək" deyə açıqlama verib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbas ilə təşkil etdiyi ortaq mətbuat konfransında, "Yaxın Şərqdəki problemlərin təməlini meydana gətirən Fələstin məsələsi bu gün insanlığın vicdanında qanayan bir yaradır. Bölgədə dayanıqlı sülhün bərpası ilə əlaqədar olaraq 1967 ci ilin sərhədləri bu işin əsas məqsədidir" deyə bildirib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məsələ ilə bağlı rəftarını tənqid edən Ərdoğan, "BMT-nin Təhlükəsizlik Şurasının digər bir çox kritik mövzuda olduğu kimi İsrailin bölgədə gərginliyi artıran ərköyünlüklər qarşısında üstünə düşən vəzifəni yerinə yetirməkdən imtina etdiyini görürük" deyə bildirib.
onun sözlərinə görə, "İsrail son dövrdə artan təcavüzkarlığı yanında Hərəm-i Şerif və Məscidi-i Əqsanın müqəddəsliyini pozan hərəkətləriylə də bölgədə gərginliyi qızışdırır. Qüds və Hərəm-i Şərifin qorunması yalnız Fələstinin deyil bütün İslam aləminin ortaq vəzifəsidir. Türkiyə, İsrailin bu tələsik və hüquq tanımaz hərəkətlərinə qarşı İslam dünyasının və beynəlxalq ictimaiyyətin digər üzvləri ilə birlikdə mübarizə etməyə davam edəcək. İsrail işğalının bir an əvvəl sona çatması, paytaxtı Şərqi Qüds olan 1967-cı sərhədləri içərisində suveren və müstəqil bir Fələstin dövlətinin qurulması ən böyük təmannamızdır. "
Daha sonra Ərdoğan, Fransadakı gedişdə İsrail Baş naziri Binyamin Netanyahunu görüncə nə hiss etdiyinə dair suala, "Soruşuram, Qəzzada 2 min 500 adamı qətl etmək surətiylə bir dövlət terroru əsdirən bu şəxsin əl sallamasına siz necə baxırsınız? Sanki Tribunada insanlar onu çox həyacanla orada gözləyirmişlər kimi onlara əl yelləyir. Hansı üzlə oraya getdi onu təbii anlamaqda çətinlik çəkirəm " deyə bildirib.
Daha sonra O, yaşanan şiddət hadisələrinin arxasında irqçiliyin yatdığına işarə edərək "Qərbin ikiüzlülüyü ortadadır. Biz müsəlman olaraq heç bir zaman terrorun yanında yer almadıq, qırğınların yanında yer almadıq. Bu qırğınların arxasında irqçilik yatır, nifrət ifadələri yatır, İslamofobiya yatır. Lütfən məsçidlərimizə hücum edənlərə qarşı o ölkələrin rəhbərlikləri tədbirlərini alsın. Baxın bunlar həmişə təhrikdir. Bunlar əbəs yerə edilmir. bunlar bir ssenarinin nəticəsidir, əsəridir. İslam dünyasının üzərində də oyunlar oynanılır. Bunları da bilməyimiz lazımdır. " deyə vurğulayıb.