Ərdoğan NATO-ya xəbərdarlıq edib
20.11.2016 1516 0.0 0

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hərbi çevriliş cəhdində iştirakda şübhəli sayılan türkiyəli hərbçilərlə balı NATO-ya xəbərdarlıq edib.
 

“France-Presse” agentliyinə istinadən verilən məlumata görə, R. T. Ərdoğan deyib ki, Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqəli olan hərbçilərin, terrorçuların NATO-nun strukturlarında çalışması, yaxud NATO tərəfindən onlara sığınacaq verilməsi yolverilməzdir.
 
R. T. Ərdoğan terrorçuluqda günahlandırılan  və NATO-dan sığınacaq istəyən türkiyəli zabitlərin ekstradisiya olunmasını tələb etdiklərini vurğulayıb.
 
Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-nun müxtəlif strukturlarında çalışan Türkiyə ordusunun bir neçə zabiti sığınacaq istəyib.   


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar