ƏRDOĞAN MOSKVAYA GEDİR
03.02.2015 846 0
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu ilin mayında Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümü ilə əlaqədar keçiriləcək bayram şənliyində iştirak etmək üçün Moskvaya gedəcək.
Məlumata görə, bunu Türkiyənin Rusiyadakı səfiri Umit Yardım bildirib.
O deyib ki, indi bu məsələ müzakirə edilir: "Bəli, iki tərəf üçün qarşılıqlı dəvət var və buna böyük əhəmiyyət verilir. Bu tədbirlərə dvətlə bağlı yekun təqvim hələlik təsdiqlənməyib."
Xatırladaq ki, qələbənin 70 illiyi şərəfinə keçiriləcək tədbirlərə 22 dövlət başçısının qatılacağı təsdiqlənib. Onlar əsasən MDB və Asiya ölkələrinin, həmçinin İsrailin liderləridir. Avropa ölkələrinin başçıları isə hələlik dəvətə cavab verməyiblər.//AnsPress
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər