Ərdoğan Minsk məscidinin açılışını etdi (FOTO)
11.11.2016 728 0
Belarusda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Minskdə məscidin açılışında iştirak edib.
Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, mərasimə Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və dini işlər naziri Mehmet Görmez də qatılıb.
54 il öncə - 1962-ci ildə sovet rejimi tərəfindən dağıdılan məscidin 2014-cü ildə Türkiyə Diyanət Vəqfinin 7 milyon dollarlıq maliyyə dəstəyi ilə inşasına başlanıb.
Minsk məscidində 2500 nəfər eyni vaxtda ibadət edə biləcək.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər