Ərdoğan: Kürdlərlə sülh prosesi mümkün deyil
29.07.2015 564 0.0 0

"Türkiyə hədəflərinə basqınların davam etdiyi bir vaxtda PKK ilə sülh prosesini davam etdirmək mümkün deyil".

Məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Tayyib Ərdoğanın bəyanatı Brüsseldə keçirilən NATO ölkələrinin fövqəladə toplantısında Türkiyənin İŞİD-ə və kürd silahlılarına qarşı hərbi addımları müzakirəsi vaxtı səslənib. Türkiyə prezidenti parlamenti kürdlərin PKK qrupu ilə təmasa girməməyə çağırıb. Türkiyə ötən həftə ərzində bir sıra hücumlara məruz qalıb. Ankara Suriya ilə sərhəd bölgəsində "azad zona"nın yaradılmasını istəyir.

 


Türkiyə-Suriya sərhəd zonası

 

Əvvəllər İŞİD terroçu qruplaşmasına qarşı koalisiya qüvvələrinin kampaniyasına həvəs göstərməyən Türkiyə, hazırda Suriyada yerləşən İŞİD terroçu qruplaşmasına və İraqın şimalındakı PKK separatçılarına qarşı reydlərə başlayıb.

Fövqəladə toplantı
Brüsseldə keçirilən görüş Türkiyə tərəfindən çağırılıb. Alyansın tarixində beşinci dəfədir ki, üzv dövlət belə bir görüş istəyir.
Üzv ökələr öz ərazi bütövlüyü və ya təhlükəsizliyi təhlükə altında olarsa belə bir sammit çağıra bilər.
Bu arada Türkiyədə davam etdirilən polis əməliyyatında İŞİD terroçu qruplaşmasına və PKK qruplarına üzv olmaqda şübhəli bilinən 1000-dən artıq adam həbs edilib.

ABŞ və Türkiyə Suriya ilə sərhəd boyu "İŞİD-dən azad zona"nın yaradılması planları üzərində işləyirlər. Zona daxilində İŞİD terroçu qruplaşması ilə yanaşı qanunsuz PKK mövqelərinin hədəflənəcəyi nəzərdə tutulur. PKK ilə İŞİD terroçu qruplarını terrorçu tanıyan Ankara onlar arasında fərq görmədiyini bildirir. Turkiyə prezidenti Recep Tayyip Ərdoğan deyib ki, "təhlükəsizlik zonasının" yaradılması Suriya qaçqınlarının qaytarılmasına zəmin yarada bilər.

 


Türkiyənin Suruç rayonunda iyulun 20-də törədilən terror aktı

 

Zərbələr
Ötən həftə baş nazir Əhməd Davudoğlu Türkiyə təyyarələrinin ölkənin təhlükəsizliyini təmin etmək üçün Suriyada İŞİD terroçu qruplaşması və İraqın şimalındakı kürd silahlılarının mövqelərinə qarşı hava hücumları həyata keçirdiyini deyib.
Bu 2013-cü ildə elan olunmuş atəşkəsdən sonra PKK hədəflərinə ilk həmlədir. Hücumlar Suruç şəhərində 32 adamın ölümü ilə nəticələnən bomba partlayışı və sərhəd bölgəsində silahlılarla atışmadan sonra başlayıb. 

PKK separatçıları ötən çərşənbə günü iki türk polisinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Suriya münaqişəsi zamanı Türkiyədə 1,8 milyona yaxın suriyalı qaçqın yerləşdirilib. 1984-cü ildən bəri PKK separatçıları ilə döyüşlərdə 40 minə yaxın insan həyatını itirib./anspress/


Türkiyənin xüsusi təyinatlı qüvvələri


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar