Ərdoğan: «Koalisiya qurulmalıdır»
22.06.2015 652 0.0 0

"Koalisiya hökuməti ən qısa zamanda qurulmalıdır. Heç kimsənin şəxsi mənafeyini düşünməməsi lazımdır. Siyəsətçilər bu işin öhdəsindən gələ bilməsə, millət gələr". 
Məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

O, bildirib ki, türkiyənin koalisiya hökuməti ilə idarəedilməsi qaçınılmazdır. 
"Seçkidən sonra ortaya çıxan bu tablo millətin istəyidir. Millət bunu istəyirsə o olmalıdır. 
Prezident olaraq mən xalqın gözləntisi və arzusu ilə bir an öncə hökumıətin qurulmasını təşviq edəcəyəm". 

Ərdoğan prezident seçkisi ilə bağlı da danışıb. O, konsitutsiyadakı yerini yaxşı bildiyini deyib. 

"Biri çıxıb "prezident konstitutsiyadakı yerinə geri çəkilməlidir" deyir. Mən öz yerimi çox yaxşı bilirəm. Siyasətdə ömrümün 40 ilini konsitutsiya ilə hərəkət edərək keçirmişəm. 
Bunun üçün heç kimin təlimatına ehtiyacım yoxdur". /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar