Ərdoğan BMT Baş Assambleyasında çıxış edəcək
17.09.2017 582 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da BMT Baş Assambleyasında çıxış edəcək.

 

Məlumata görə, R. T. Ərdoğan bunu bu gün ABŞ-a səfərindən öncə Atatürk hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

 

Türkiyə prezidenti BMT Baş Assambleyasındakı çıxışında diqqəti Myanmada müsəlmanların durumuna, Suriya və İraq probleminə yönəltməyə çalışacaq, BMT Təhlükəsizlik Şurasının yeni formatda təşkilinin vacib olduğunu bir daha vurğulayacaq. R. T. Ərdoğan Nyu-Yorkda olduğu müddətdə ABŞ prezidenti Donald Tramp başda olmaqla, bir sıra dövlət və hökumət başçıları ilə görüşəcəyini də qeyd edib. Türkiyə prezidenti dünyada və bölgədə həssas bir dönəmdə D. Trampla keçirəcəyi görüşə böyük önəm verdiyini söyləyib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar