Ərdoğan: Biz millətimizə terror qalmayanadək mübarizə aparacağımızı söz vermişik
12.07.2017 736 0.0 0

"2016-cı ilin iyulun 15-də baş verən dövlət çevirilişinə cəhd fəlakət idi. Bunu edənlər lənətlənməlidir. Hadisə zamanı xeyli vətəndaşımız şəhid oldu. Şəhid ölməz. Onları hörmət və ehtiramla anırıq".

Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "Milli iradənin zəfəri: Tarixə düşən qeyd" adlı konfransda deyib.

Prezident bildirib ki, iyulun 15-də "15 iyul" abidəsinin açılışı olacaq: "Həmin gün tarixi gündür. 15 iyul zəfər günüdür. Amma hələ də bunu anlamayanlar var. Həmin qatillərin sırasında ana müxalifət partiyasının rəhbəri dayanır. "Ədalət" şüarı ilə aksiya keçirir, amma bu sözdə ədalətdir, əməldə deyil. Biz millətimizə terror qalmayanadək mübarizə aparacağımızı söz vermişik".

Ərdoğan qeyd edib ki, hökumət niyyətində qərarlıdır: "Ana müxalifət partiyası demokratiyadan danışır, bunu Qərb dövlətlərinə göstərməyə çalışırlar, Ankaradan İstanbula yürüş edir. Siz kim, ədalət kim? Yürüş edənlər şəhidlərimizin ruhuna dua oxuyublarmı? Utanmadan keçirdikləri mitinqləri dövlət çevirilişinə cəhddən sonra keçirilən mitinqlə müqayisə edirlər. O hadisələr baş verən zaman bunlar evlərində oturmuşdular. Bizim üçün Çanaqqala şəhidləri kimdirsə, 15 iyul şəhidləri də odur. Türkiyədə demokratiya yolunda mübarizə aparan Partiya AKP-dir. Ölkədə hər kəs azaddır. Bu millətə qorxaqlardan lider olmaz. "Həbsxanalar boşaldılsın", "Məhkəmə qərarları ləğv edilsin" sözlərir şəhidlərin ruhuna, xalqa, hökumətə hörmətsizlikdir. Bundan sevinən bilirsiz kimlərdir? PKK-çılar, FETÖ-çülərdir. Bütün millətə səslənirəm: bu hadisədə iştirak edənlər cəzalanana qədər işləri davam etdirəcəyik. Türkiyə Silahlı Qüvvəllərində islahatlar aparıldı, onları da narahat edən bu cür addımlardır. Onlar narahat olurlar ki, bir də bu cür hadisəni törədə bilməyəcəklər. Bu millət asanlıqla məğlub olmaz, bunu hər kəs bilməlidir. Bizim 4-lük rəmzimizin terrora xidmət etdiyini iddia edirlər. Terrorda tək vətən, tək millət, tək dövlət, tək bayraq deyirlərmi? Biz 15 iyulda olduğu kimi həmişə mücadiləyə hazırıq. Fatehlərin, Mustafa Kamalın nəvələri sizi gözləyir. Onlar niyyətlərini həyata keçirə bilməzlər. Biz bu torpaqlarımızı qanımızla sulayaraq, vətən qurmuşuq.

Dövlətlərlə, o cümlədə Avropa Birliyi ilə öz şərtlərimizlə danışıqlar aparmağa hazırıq. Dünya dövlətləri bilməlidirlər ki, Türkiyə Suriya, İraq, Liviya deyil"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar