ƏRDOĞAN BAKIYA GƏLƏCƏYİ GÜNÜ AÇIQLADI.
31.08.2014 1910 5.0 0

 

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan vəzifəsinin icrasına başladıqdan sonra ilk dəfə İstanbula gəlib. 

Məlumata görə, Ərdoğanı Kısıklı qəsəbəsindəki evinin önündə tərəfdarları qarşılayıb. 

Tərəfdarları qarşısında çıxış edən Ərdoğan milli iradənin hər şeydən üstün olduğunu ifadə edib: “Dayanmaq yox, yola davam etmək lazımdır. Prezident postuna məni namizəd gördünüz. Artıq dünya gündəmini müəyənlədirən bir Türkiyə var”.

Daha sonra Türkiyənin yeni prezidenti edəcəyi səfərlərdən danışıb: “İnşallah bazar ertəsi günü Şimali Kiprə, çərşənbə axşamı isə Azərbaycana gedəcəyik. Daha sonra NATO sammitində iştirak etmək üçün İngiltərəyə gedəcəyik. BMT-nin konfranslarında iştirak edəcəyik. İstanbul isə mənim aşkım, sevdamdır. Haqqınızı hallal edin”.//
ANS PRESS

 

Teqlər:ƏRDOĞAN BAKIYA GƏLƏCƏYİ GÜNÜ AÇIQLA

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar