Ərdoğan Azərbaycan prezidentinə başsağlığı verib
06.12.2015 508 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Günəşli” yatağında baş vermiş faciə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev başsağlığı verib.

 

 Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, Türkiyə prezidenti  başsağlığında “neft yatağında baş vermiş qəzada 30-dan çox işçinin vəfat etməsindən kədər hissi ifadə edilib”.

 

"Türkiyə xalqı və öz adımdan  yanğında vəfat edənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm” deyən Rəcəb Tayyip Ərdoğan ölənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığında bildirib.

 

“Türkiyə hər zaman olduğu kimi, bu çətin gündə də Azərbaycanın yanındadır və ona hər cür kömək göstərməyə hazırdır”, deyə başsağlığı mətnində qeyd olunub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar