Astanada keçiriləcək Suriya danışıqlarına Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Qətər və Suriyadakı mötədil müxalifətin nümayəndələri dəvət oluna bilərlər. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.
“Biz bu cür təşəbbüsün əleyhinə deyilik. Bu məsələ hazırda XİN səviyyəsində müzakirə edilir. Astanaya Suriyadakı mötədil müxalifətdən, habelə, danışıqlarına Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Qətərdən nümayəndələr dəvət oluna bilər. Səudiyyə Ərəbistanı və Qətərin samitdə iştirakı Türkiyə üçün əhəmiyyətlidir. Biz terror qruplaşmalarının nümayəndələrinin Qazaxıstana dəvət olunması təklifini dəstəkləmirik”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti Suriyaya dair Cenevrə danışıqlarının nəticəsiz olduğunu qeyd edib. Onun sözlərinə görə, Putin “Cenevrə prosesinin” iflasa uğraması fonunda Putin Astanada Suriyaya dair görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriyadakı münaqişə tərəflərinə danışıqlar prosesini Astanada keçirilməsinin təklif olunması barədə Ərdoğanla razılığa gəldiyini bildirib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı və türkiyəli həmkarları Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanla telefon danışıqları zamanı bu təşəbbüsü dəstəkləyib və ölkəsinin paytaxtında danışıqlar üçün şərait yaratmağa hazır olduğunu bildirib./APA/