Ərdoğan Almaniyanın Türkiyə əleyhinə bəyanatlarını nasizmlə müqayisə edib
07.09.2017 563 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Türkiyə əleyhinə bəyanatlarını nasizmlə müqayisə edib.
Məlumata görə, bu barədə "BREAKING VOP" nəşri məlumat yayıb.
Ərdoğanın sözləri alman deputatların Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırmaq üçün göstərdikləri səylərə cavab olub.
"Mən bu hadisəni izah edirəm. Bu hadisə nasizmdir. Bu, faşizmdir", - deyə Ərdoğan bildirib.
O, eyni zamanda Aİ-nin Türkiyənin üzvlüyü ilə bağlı mövqeyini "ikiüzlülük və siyasi əxlaqsızlıq" adlandırıb və qurumu dəqiq qərar qəbul etməyə çağırıb./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər