Ərdoğan Ağ Evin siyasətindən məyus olduğunu bildirib
19.11.2016 754 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin siyasətindən məyus olduğunu bildirib.
Məlumata görə, o bu barədə CBS telekanalına müsahibəsində deyib.
Ərdoğan Suriyadakı münaqişənin həlli üçün əsas problemi ABŞ administrasiyasının yanaşmasında görür. Onun sözlərinə görə, Suriyada müharibə Türkiyə sərhədində böyük təhlükələr yaradıb, milyonlarla qaçqının axınına səbəb olub.
 
Türkiyə prezidenti müsahibə zamanı həmçinin Fəthullah Gülənin Türkiyəyə hələ də ekstradisiya edilmədiyinə görə ABŞ-ı tənqid edib.
 
Qeyd edək ki, Türkiyə lideri CBS telekanalının “60 dəqiqə”  proqramına müsahibə verib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar