Ərdoğan ABŞ-ı terrorçulara dəstək verməkdə ittiham edib
24.10.2017 566 0.0 0

“Viza böhranından emarqoların genişləndirilməsinə, terrorçuların himayə edilməsinə qədər ortaya qoyulan münasibət Türkiyənin doğru yolda olduğunu təsdiqləyir. Məsələn, buna nümunə strateji ortağımız ABŞ-dır. Dəfələrlə müzakirə aparmağımıza baxmayaraq, ABŞ Suriyada Rakka əməliyyatını PKK terror təşkilatının bətnindən ayrılmış uşağı olan PYD/YPG ilə birgə aparır”.
 
Qazeta.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib.
 
R. T. Ərdoğan İŞİD terror təşkilatından azad edilən Suriyanın Raka şəhərində PKK terror təşkilatının bayraqlarının asılmasına diqqət çəkib: “PYD/YPG-nin PKK olmadığını bəyan edən ABŞ Rakkada PKK-nın nəhəng bayraqlarının asılmasını nə ilə izah edəcək? Biz söylədik, inanmadın, artıq televiziya ekranlarında bütün gerçəkliklər ortadadır. Rakkada cinayət üstündə yaxalananda deyirlər ki, Öcalan hörmətə layiq  insan deyil. Bu, ABŞ kimi demokratik ölkəyə yaraşırmı? ABŞ bölgəyə 3 min 500 yük maşını ilə silah və texnika göndərib. Bu silahlar Rakka əməliyyatında istifadə edildi? Bu silahların harada saxlandığını da bilirik, bunu yaxşı bilin. ABŞ-ın gücü onun bir neçəsi heç ABŞ-da olmamış 13 mühafizəçi barədə həbs qərarı çıxarmağa, 6 dəfə ABŞ-da olmuş bank müdirinin müavinini 7-ci dəfə həbs etməyə, bir vətəndaşımızı həbsdə saxlayıb, etirafçıya çevirməyə çalışmağa yetir. Bu proseslər başa çatan zaman biz dünyanı ayağa qaldıracağıq. Bunların da hamısını açıqlayacağıq”.
 
Türkiyə prezidenti İraq və Suriya xalqına müraciət edib: “Bu günə qədər Qərbdəki imperialistlərin sözünə qulaq asıb, uduzmayanlar yoxdur. Sabah hər şey bitdiyi anda, hamı evinə dönəndə bu qədim coğrafiyada türklər, ərəblər və kürdlər baş-başa qalacağıq, xeyir və şərimizi paylaşacağıq. Bu gün Suriyanın 25 faizi PKK terror təşkilatının Suriya qolu  PYD/YPG-nin, 10 faizi İŞİD-in nəzarətindədir. Rusiyanın dəstəyinə baxmayaraq, Suriya rejimi ölkə ərazisinin yarısına da nəzarət etmir. Müxalifət isə 20 faiz əraziyə nəzarət edir. Belə parçalanmış Suriya kmi lazımdır? Bu gün Suriyanın Deyr-Zor bölgəsində neft yataqlarını kim işğal edib? PYD/YPG terror təşkilatı. Kimin sayəsində işğal edib? Hər kəsə məlumdur”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar