Ərdoğan: `Heç vecimə də deyil`
06.11.2016 931 0
Onlar mənə “diktator” deyiblər. Heç vecimə də deyil.
Bildirək ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın “Bild” qəzetində yayımlanan “Diktator Ərdoğan” başlıqlı məqaləyə münasibət bildirərkən deyib.
“Təzyiqlərlə, karikaturalarla geri addım atacağımızı düşünürlər. Hədər yerə özlərini yormasınlar. Biz bunların nə olduğunu bilirik. Onlar mənə “Diktator” deyiblər. Heç vecimə də deyil. Bir qulağımdan girər, digər qulağımdan çıxar”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, HDP-çi deputatların həbsindən sonra Avropa mətbuatında Türkiyə hakimiyyəti, xüsusilə Ərdoğan əleyhinə geniş təbliğat aparılır./axar.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər