Ərdoğan: `ABŞ-ın əlində bombaların, silahların olması ona güc qazandırmaz`
22.12.2017 876 0.0 0

"ABŞ-ın Qüdslə bağlı qətnaməyə görə ölkələri hədələməsi beynəlxalq hüququn onurğasını təşkil edən BMT-nin ölkələrin iradəsini ifadə etmək prinsipinə təhdid təşkil edir".

 

Məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ-ın əlində bombaların, silahların olması ona güc qazandırmaz: “Yanınızda sadəcə İsraili və 5-6 ölkəni görərsiniz. Amma qarşınızda 128 ölkənin dimdik ayaqda durduğunu görərsiniz. Qüdslə bağlı qətnaməyə qatılmayanların da yeri böyük ehtimalla qətnamənin lehinə səs verənlərin yanındadır. Biz son ana qədər 160-190 arası səsin çıxacağını gözləyiridik. Ağ Ev telefon başına keçdi və ölkələri təhdid etdilər. Onlar  açıq-aşkar təhdid etdilər. Dövlətlərin iradələri nə zamandan pul ilə satın alınmağa başlayıb? Demokratiya iradələrin satın alındığı sistem deyil. ABŞ bu vəziyyətini dəyərləndirməlidir. Düşünməlidir ki, bu qədər ölkə belə düşünürsə, fikrindən geri dönməlidir”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar