Ərdəbil azad ticarət zonası ilə bağlı Xameneiyə müraciət olunub
09.04.2022 417 0.0 0

İranın Ali liderinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Həsən Ameli Azərbaycanla sərhəddə yaradılması nəzərdə tutulan Ərdəbil azad ticarət zonası ilə bağlı Ali liderə müraciət edib.

Məlumata görə, Ameli bildirib ki, Ərdəbil vilayətində azad ticarət zonasının yaradılması ilə əlaqədar İran höküməti və parlamenti layihəni qəbul edib. 

LayihəEkspertlər Şurasının iqtisadi və infrastruktur komitəsində təsdiqlənsə də, icrası ləngiyir: "Hökumətə layihənin icrası ilə bağlı dəfələrlə müraciət olunub. Lakin layihənin icrası bizə məlum olmayan səbəblərdən yubanır. Bununla bağlı Ali Lider Ayətullah Xameneiyə müraciət etdim ki, icranın tezləşməsi üçün lazımı göstəriş versin".

Qeyd edək ki, Ərdəbil vilayətinin Azərbaycan Respublikası ilə 380 kilometr quru sərhədi var və bu vilayətin dörd şəhəri Azərbaycanla həmsərhəddir.

Ərdəbil Azad Ticarət və Sənaye Bölgəsinin yaradılması və yerləşdiyi məkanın müəyyən edilməsi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.

Ameli qeyd edib ki, texniki qrup Ərdəbil vilayətindəki hər dörd şəhərin iqtisadi zona yaradılması üçün potensialını araşdırıb və bir bölgənin daha vacib olması qərarını qəbul edib: "Bununla bağlı hökumətə məlumat verilib. Hökumət hər hansı qərar qəbul edərsə biz razı olacağıq. Bundan başqa, zonanın bir bölgədə yaradılmasından sonra digər bölgələrin də ora qosulması mümkindir. Belə bir təcrübə ölkənin digər yerlərində yaradılan azad ticarət zonalarında mövcuddur"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar