Razi Nurullayev Ədliyyə Nazirliyinə müraciət edib
30.10.2015 689 0.0 0

Razi Nurullayevi sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ədliyyə Nazirliyinə müraciət edib.
 
Qazeta.info bildirir ki. bu barədə APA-ya R. Nurullayev məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi qurum oktyabrın 18-də keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi ilə bağlı sənədlər toplusunu bu gün Ədliyyə Nazirliyinə təqdim edib.
 
R. Nurullayev əlavə edib ki, Əli Kərimlinin sədri olduğu AXCP-nin qurultayındakı qanun pozuntuları ilə bağlı sənədlər hazırlanaraq məhkəməyə təqdim olunacaq. 
 
Xatırladaq ki, AXCP sədri Əli Kərimlinin sabiq müavini olan Razi Nurullayev əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və partiya üzvlərini öz ətrafında birləşməyə çağırıb. O, oktyabrın 18-də bu təşkilatın qurultayını keçirib və sədr seçilib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar