Rayon camaatına iş fürsəti
16.09.2015 484 0.0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu həftə Astara, Salyan, Ağcabədi və Lənkəran rayonlarında əmək yarmarkaları keçirəcək

   Qazeta.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatına əsasən , ƏƏSMN-in yanında Dövlət Məşğulluq Xidməti respublikamızın bölgələrində işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarını davam etdirir.
   Xidmət tərəfindən bu həftə daha 4 rayonda, o cümlədən sentyabrın 17-də Astara, Salyan və Ağcabədi rayonlarında, sentyabrın 18-də isə Lənkəran rayonunda Əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirlər zamanı həmin rayonlar üzrə fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Həmçinin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı və əlavə təhsil kurslarına, eləcə də ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılacaq.
   Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin bölgələrində 38 Əmək yarmarkası keçirilib. Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 2858 nəfər vətəndaşa  boş iş yerlərinə göndəriş verilib, 257 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 162 nəfər ödənişli ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar