Rayon avtomobillərinin Bakıya girişinə qoyulan qadağa götürüldü
15.07.2015 558 0.0 0

Rayon avtomobillərinin Bakıya girişinə qoyulan qadağa götürüldü
DYP açıqlama verib.

Artıq rayon dövlət nömrəli avtomobillər Bakı şəhərinə sərbəst şəkildə daxil ola bilər.

Qazeta.infonun məlumatına görə, bunu Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bölgələrdən gələn avtomobillər şəhərə heç bir maneəsiz daxil ola bilər.

Qeyd edək ki, Avropa Oyunları ərəfəsində rayon qeydiyyatında olan maşınların paytaxta girişi məhdudlaşdırılmışdı. Maşınların dayanması üçün dayanacaq yaradılmışdı.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar