Rauf Mirqədirovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
13.10.2015 466 0
Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Vəkil Fuad Ağayevin verdiyi məlumata görə, hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar.
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər