Rauf Mirqədirovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib
18.01.2016 472 0
Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Bu barədə R. Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib. F. Ağayev apellyasiya şikayətinin məhkəməyə təqdim edildiyini bildirib. Şikayət üzrə məhkəmə prosesi yaxın günlərdə başlayacaq.
Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər