Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra R. Mirqədirov ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib. Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb./apa/