Rauf Mirqədirov bəraət istədi
25.12.2015 489 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim Əlisultan Osmanov sədrlik edib. Prosesdə Rauf Mirqədirov son söz deyib. Jurnalist çıxışında ona bəraət verilməsini xahiş edib. Bununla da məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

 

Rauf Mirqədirovun vəkili Fuad Ağayev

 

"Ayna - Zerkalo" qəzetinin keçmiş əməkdaşı R.Mirqədirov 2014-cü il, aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. R.Mirqədirov Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Jurnalistlə bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb. R.Mirqədirov isə ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar