Rauf Mirqədirov 6 il azadlıqdan məhrum edildi
28.12.2015 607 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
APA TV-nin məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə olan prosesdə hökm oxunub. Hökmə əsasən, R.Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Onun vəkili Fuad Ağayev hökmdən apellyasiya şikayəti verəcəklərini açıqlayıb.
 
Qeyd edək ki, R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham edilib. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 
Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

                                                  

                                                                    XXXXX

 

Həbsdə olan jurnalist Rauf Mirqədirovun bu gün saat 11.00-a təyin olunan məhkəmə prosesinin vaxtı dəyişdirilib. 

 

Bu barədə  Rauf Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib. Vəkil deyib ki, məhkəmə prosesi saat 16.30-da keçiriləcək.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçiriləcək prosesdə Rauf Mirqədirova hökm oxunacaq. /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar