Rasimsiz 40 gün... - Əslində nələr olmuşdu? (Video)
17.09.2015 778 0.0 0

 

Bu gün jurnalist Rasim Əliyevin döyülərək öldürülməsindən 40 gün keçir.

"Facebook"da yazdığı statusa görə amansızcasına döyülən jurnalist tibbi yardım almaq üçün həkimlərə müraciət edir. Həkimlər dəfələrlə valideynlərə bildirirlər ki, jurnalistin həyatına təhlükə yoxdu. Ancaq gecə

Rasim Əliyevin halı pisləşir, əməliyyatdan sonra isə o vəfat edir. Tibbi ekspertizanın nəticəsi hələ də rəsmi olaraq açıqlanmayıb, hətta mərhumun valideynlərinə də heç nə deyilməyib.

Bundan başqa, həkimlərin - cərrah Babək Zeynalovun və Saday Əliyevin açıqlamalarında çoxlu şübhəli məqamlar var. Onların sözləri mərhumun doğmalarının və yaxınlarının dedikləriylə üst-üstə düşmür.

Həkimlər iddia edir ki, jurnalist 8 avqust saat 20:00-da əməliyyat olunub, bütün günü Rasim Əliyevin yanında olan valideynləri və dostları isə inamla deyirlər ki, əməliyyat 9 avqust gecə gec saatlarda baş tutub.

Beləliklə, jurnalistin ölümünə səbəb nə olub? Həkimlərin səhlənkarlığı, yoxsa.../qafqazinfo.az/

Bu suala cavab tapmaq üçün Ann.az qısa bir araşdırma aparıb.  həmin reportajı təqdim edirik:

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar