Rasimin məzarı üstündə qeyd edilən ad günü... (FOTO)
16.08.2015 773 0.0 0

 

Bu gün Döyülərək öldürülən jurnalist Rasim Əliyevin doğum günüdür. 

Məlumata görə, 16 avqust 1984-cü ildə doğulan Rasim yaşasaydı bu gün 31 yaşını qeyd edəcəkdi. 

Ailə üzvləri, yaxınları, dostları bir həftə əvvəl dünyasını dəyişmiş jurnalisti məzarı üstündə yad etdilər. Bəli, Rasimin 31-ci ad günü Mehdiabad qəbiristanlığında qeyd edildi... 

 


Anası Rasimin məzarı üstündə


Avqustun 8-də "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları və dostları tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb. Faktla bağlı cinayət işi açılıb. Cavid Hüseynov barədə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qərarı verilib.

 


Atası Rasimin məzarı üstündə


Cavid Hüseynov jurnalistin döyülməsində birbaşa iştirak etməsə də, onun Elşən İsmayılov adlı futbolçu olan bibisi oğlu, Camal Məmmədov ad-soyadlı digər futbolçu Rasim Əliyevin döyülməsində ittiham olunurlar./anspress/

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar