Ramzan Kadırovun hesabı bağlandı
28.12.2017 1126 0.0 0

Amerikanın məşhur sosial şəbəkəsi olan "Feysbuk" Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun sosial hesabını qara siyahıya atması haqqında açıqlama verib.

 

Məlumata görə, rəsmi olaraq Ramzan Kadırovun "İnstaqram" və "Feysbuk" şəbəkələrindəki şəxsi hesabları keçən həftənin şənbə günündən bloklanıb.

"Feysbuk"un rəsmi səhifəsində mövzu ilə bağlı belə açıqlama qoyulub:

"Biz təsdiq edirik ki, sizə məxsus hesablar ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq edilən vətəndaşların kateqoriyaları sırasına daxildir. ABŞ tərəfindən həmin şəxslərin şəbəkədən istifadəsi ticari-iqtisadi fəaliyyət baxımdan qadağan edilib. Məhz bu səbəbdən, biz sizin "Feysbuk" hesabınızı qara siyahıya atmışıq"./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar