Ramiz Mehdiyevlə Nikolay Patruşev arasında görüş olub
12.11.2015 640 0.0 0

Moskvada Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev arasında görüş keçirilib.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, görüşdə Xəzəryanı regionda beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər, eləcə də hər iki ölkənin hüquq-mühafizə strukturları və təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin  perspektivləri müzakirə olunub.
 
Görüşdə Ramiz Mehdiyev və Nikolay Patruşev Azərbaycan Respublikası və Rusiya Federasiyası Təhlükəsizlik Şuraları arasında 2016-2017-ci illər üçün  əməkdaşlıq planını imzalayıblar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar