Ramil Usubov səfərə gedib
22.02.2017 970 0.0 0

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Berlin şəhərində keçirilən 20-ci Avropa Polis Konqresində iştirak etmək üçün fevralın 20-dən Almaniya Federativ Respublikasında işgüzar səfərdədir. 

Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, fevralın 21-də öz işinə başlayan tədbiri giriş sözü ilə Almaniya Federativ Respublikasının daxili işlər naziri Tomas de Mezyer və Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos açıblar. Builki mövzusu “Sərhədsiz Avropa? Azadlıq, mobillik və təhlükəsizlik” olan tədbirin konfrans çərçivəsində keçirilən panellərində terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.

Hər il keçirilən, daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan bu mötəbər beynəlxalq forumda dünyanın bir çox dövlətlərinin daxili işlər nazirləri, Avropa İttifaqının məsul nümayəndələri, polis və sərhəd təhlükəsizliyi qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri iştirak edirlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar