Ramil Usubov deputatın oğlunu yüksək vəzifəyə təyin edib
24.06.2016 762 0.0 0

Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.
Məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Rauf Talıbov təqaüdə göndərilib. Onun yerinə isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elşad Məmmədov təyin edilib.
 
Qeyd edək ki, Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar