Ramazan Abdulatipov istefa ərizəsi yazıb
27.09.2017 605 0
Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov öz istəyi ilə işdən azad olunması üçün ərizə yazıb.
Məlumata görə, bu barədə RBK respublikanın güc strukturlarına yaxın mənbəyə istinadən yazıb.
Bildirilir ki, Dağıstan lideri bir qrup qubernatorun işdən azad edilməsi ilə əlaqədar vəzifədən uzaqlaşdırılır. Ərizəni yazmazdan öncə R. Abdulatipovu təcili olaraq Kremlə çağırıblar. İddia olunur ki, onunla istefa məsələsini və yerinə kimin təyin olunacağını müzakirə etmək istəyiblər.
Mənbə bildirir ki, R. Abdulatipova bir neçə iş təklif olunub: “Bu, onun üçün gözlənilməz oldu. Ramazan Abdulatipov ömrünün axırına kimi vəzifəsində çalışacağını düşünürdü”./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər