Rəsmi Şam Türk əsgərinin Suriyaya girdiyi haqda məlumat yayıb
15.02.2016 595 0.0 0

Rəsmi Şam ötən cümə yük maşınları ilə Suriyaya 100 nəfərlik silahlı qrupun daxil olduğunu bildirib. Suriya rəsmilərinin iddiasına görə, onların içərisində "türk gücləri" də var.
 
“Reuters”ə istinadən verilən məlumata görə, bu barədə Suriya Xarici İşlər Nazirliyindən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına yazılan məktubda bildirilib.
 
Məktubda həmçinin yük maşınlarında iri çaplı silahların ölkəyə daxil olduğu da iddia edilib.
 
Bu arada Türkiyə mediası Mardində Suriya ilə sərhəddəki minalı bölgədə xəndək qazıldığını və 3 metr hündürlüyündə beton divar hörüldüyünü yazıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar