Moskva Gürcüstan və ABŞ-ın "Noble Partner 2016" birgə hərbi təlimlərini "Zaqafqaziya regionunda hərbi-siyasi durumu laxlatmağa yönələn təxribat kimi" qiymətləndirir. Məlumata görə, bu sözlərdən Rusiya xarici işlər nazirliyinin hərbi təlimlərə dair rəsmi şərhində istifadə olunub.
Rusiya XİN-də hesab edirlər ki, Vaşinqton və onun müttəfiqləri "Tiflisin revanş yönümlü cəhdlərinə dəstək verir". Qurumun şərhində Gürcüstan parlamentinin sədri David Usupaşvilinin "ölkənin yarısı işğal olunu, gürcüstan silahlı qüvvələrinin missiyası yerinə yetirilməyib" və Gürcüstanın müttəfiq ölkələrə - NATO üzvlərinə ümüd etdiyinə dair bəyanatını xatırlanır. "Bu bəyanatların nə məna kəsb etdiyini anlamaq istərdik. Onlar mayın 4-də Amerika tanklarının Poti limanında (Gürcüstan) endirildiyi zaman səslənib" - deyə Rusiya diplomatik qurumunun bəyanatında deyilir.
Noble Partner hərbi təlimləri ilk dəfə Gürcüstanda 2015-ci ilin mayında keçirilib. Gürcüstan Müdafiə nazirliyinin məlumatında bu il təlimlərin mayın 11-dən 26-na - Gürcüstanın Müstəgillik gününədək davam edəcəyi qeyd olunur. Təlimlərdə 1,3 min hərbi qulluqçu, o cümlədən 650 amerikalı, 150 britaniyalı və 500 gürcü müddət artıq hərbi xidmətdə olanlar. Təlimlərdə bir neçə Amerika C-130 hərbi-nəqliyyat təyyarələri, M1A2 tankları və M2 Bredley hərbi maşınlarından istifadə olunacağı gözlənilir.Təlimlərdə iştirak etmək üçün Amerika ağır zirehli texnikasının Gürcüstana gətirilməsi haqda mayın 5-də məlum olub.
May ayının 3-dən 20-nədək isə ABŞ-ın Moldovada Dragon Pioneer 2016 birgə hərbi təlimləri keçirilir. Burada ABŞ ordusunun 200 Moldovanın isə 165 hərbi qulluqçusu iştirak edir./anspress/