Rəsmi Moskva Suriyadakı əməliyyatlar zamanı verdiyi itkiləri açıqlayıb
17.03.2016 590 0
Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyada keçirdiyi əməliyyatlar zamanı 5 hərbçi ölüb. APA-nın məlumatına görə, bu barədə “Reuters”ə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
Peskov məlumatla bağlı digər detalları açıqlamayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Kremldə dövlət mükafatlarının təqdimatı mərasimində Suriyada həlak olan 5 hərbçinin həyat yoldaşına başsağlığı bildirib.
Suriyada həlak olan hərbçilərdən Oleq Peşkov, Aleksandr Pozınıç və Vadim Kostenko barədə Rusiya mətbuatı məlumat yaymışdı.
Digər iki hərbçi İvan Çeremisin və Fyodor Juravlyov barədə əvvəllər heç bir məlumat verilməyib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər