Rəsmi Moskva cavab verdi
10.09.2015 1167 0.0 0

Rusiyanın Xarici İşlər Nazirliyi ölkənin Suriyadakı hərbi əməliyyatlarda iştirakını inkar edib.

Məlumata görə, nazirlik rəsmisi Mariya Zaxarova BBC telekanalına müsahibəsində Rusiya ilə Suriya arasında müqavilənin məğzini açıqlayıb. 

Onun sözlərinə görə, bu iki ölkə arasında əməkdaşlıq hərbi-texniki əməkdaşlıqdan kənara çıxmır, Suriyadakı rus hərbçilər isə Rusiyanın bu ölkəyə çatdırdığı silah-sursatın qaydaya salınması ilə məşğuldurlar.

"Biz bu siyasəti aparmaqla nə ikitərəfli öhdəlikləri, nə də ki, beynəlxalq hüququ pozmuruq. Biz - terrorizmlə beynəlxalq mübarizədə başqa bir ölkəyə kömək etmək hüququ olan müstəqil bir dövlətik", - deyə Zaxarova ölkəsinin rəsmi mövqeyini açıqlayıb.

 

Mariya Zaxarova- Rusiya XİN-in sözcüsü

 

Artıq bir neçə dəfədir ki, Rusiyanın Suriyada hərbi əməliyyatlarda iştirak etməsi haqqında xəbərlər yayılıb. Sonuncu dəfə Reuters agentliyi bu iddia ilə çıxış edib. Agentliyin məlumatında qeyd olunur ki, Rusiya yüzlərlə konteyner evləri Suriyaya daşıyıb. Rusiya silahlı qüvvələrinin Suriyada hansı məqsədi güddüyü hələlik dəqiqləşdirilməsə də, versiyalardan birinə görə, hədəflərdən biri Suriya ordusunun nəzarətindəki liman şəhəri Latakiyanın yaxınlığında enmə zolağı hazırlamaqdır.

Daha əvvəl isə "The Times" qəzeti Suriya dövlət televiziyasına istinadən Rusiya silahlı qüvvələrinin Bəşər Əsəd tərəfində döyüşdüyü haqda məlumat yaymışdı. Telekanalda yayılan video çarxda Rusiya istehsalı olan BTR-82A bronetransportoru (piyadaları və hərbi sursatı daşımaq üçün zirehli avtomobil) görünür və rus dilində əmrlər verən səs eşidilirdi. 

 

Rusiya hərbçilərinin Suriya döyüşlərində iştirakı haqqında xəbərlər rəsmi Moskvanın Suriya münaqişəsinin həllində iştirak etmək niyyətindən sonra yayılmağa başlayıb. ABŞ-la bu haqda müzakirələr aparılsa da müsbət nəticə əldə edilməmişdi. Çünki Rusiya "Əsəd qalacaq" mövqeyindən geri çəkilmirdi. Suriyanın xarici işlər naziri Valid əl-Muallimin bəyanatı da bunu təsdiq edirdi. O, çıxışlarının birində "Putin bizə siyasi, iqtisadi və əsgəri dəstək verəcəyini bildirib" demişdi./anspress/

 


Valid əl-Muallim və Sergey Lavrov
Foto: AP


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar