Rəsmi Bakıdan Sarqsyana cavab
02.08.2016 1484 0.0 0

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan prezidenti Serj Sarqsyanın Dağlıq Qarabağ haqqında sonuncu açıqlamasını şərh edib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ölkə daxilində və beynəlxalq səviyyədə nüfuzunu itirmiş Ermənistan rəhbərliyinin bu bəyanatı daxili auditoriyaya ünvanlanmış növbəti açıqlamalardan biridir: “Bu bir daha onu göstərir ki, keçmişin əsiri olan Ermənistanın siyasi rəhbərliyi bu günün reallığını dərk etmir, hələ də keçən əsrin 80-ci illərinin sonuna xas “səhra komandiri” təfəkkürü ilə düşünür.
Tarixi saxtalaşdıran Ermənistan rəhbərliyinin yaddaşını təzələyərək ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar Ağdərə rayonunun Marağa kəndində 1978-ci ildə qurulmuş “Marağa-150” abidəsini xatırlatmaq istərdik. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlaması ilə “Marağa-150” abidəsi də 1988-ci ildə qəsdən ermənilər tərəfindən məhv edildi. Bu məntiqlə yanaşsaq ermənilər köç edərək bir neçə onilliklər ərzində yaşadıqları digər ölkələrə də “tarixi erməni torpağıdır” deyə ərazi iddiaları irəli sürə bilərlər”.
O vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğalı altında olan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi və suveren ərazisidir: “Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyi gec-tez tam şəkildə təmin olunacaq. Buna əsla heç kimin şübhəsi olmasın!”/report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar