Almaniyanın Xarici İşlər Nazirliyinin açıqlaması Səudiyyə Ərəbistanı ilə diplomatik gərginliyə səbəb olub.
Almaniyanın Xarici İşlər naziri Sigmar Qabrielin Səudiyyə Ərəbistanının xarici siyasətini "Təəccüb və qəzəb" -ə bənzədrək tənqid etməsindən sonra, Ər-Riyad Berlindəki səfirini "müşavirələrdə iştirak etmək məqsədilə " geri çağırıb.
Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki, Almaniyanın Xarici İşlər Nazirliyi də buna qarşılıq verərək tutduğu mövqedə haqlı olduğunu bildirib. Qarşılıqlı olaraq verilən notalara cavab olaraq Ər-Riyad da etiraz notası verb.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada, Qabrielin sözlərinə “həddini aşdığı və qeyri-qanuni” olduğu bildirilərək, Riyad hökumətinin ölkədəki Alman Səfirliyinə də etiraz notası verəcəyi bildirib.
Daha sonra, Almaniyanın Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada isə bildirilib ki; "Yaranmış vəziyyətdən dolayı bölgədəki sabitlik mövzusunda böyük bir narahatlıq keçiririk və bütün tərəfləri gərginliyin azaldılmasına dəvət edirik. Bunu açıq-aşkar şəkildə ifadə etmək beynəlxalq müttəfiqlər arasında mümkün və təbiidir" deyə bildirilib.