Vaşinqtonda səfərdə olan Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr krallığın Qətərə yardım göndərməyə hazır olduğunu, əmirliyə qarşı görülən tədbirləri isə blokada yox, boykot adlandırıb. Bu barədə “TASS”a istinadən xəbər verilir.
“Texniki cəhətdən bu blokada deyil. Biz suveren hüququmuzdan istifadə edərək onlara hava məkanımızdan istifadə etməyi qadağa etdik. Biz ailələrə ölkədən ölkəyə keçməyə icazə veririk, biz onları heç də ayırmırıq. Biz lazım gələrsə Qətərə ərzaq məhsulları və dərman vasitələri tədarük etməyə hazırıq.
Onun sözlərinə görə, Qətərin dəniz limanları və aeroportları açıqdır, onlara dair heç bir blokada yoxdur, qadağa isə yalnız Qətər təyyarələrini əhatə edir: “Qətər hara istəsə mallarını göndərə bilir, sadəcə onların bizim limanlara girişinə qadağa qoyulub”. /apa/