Səudiyyə Ərəbistanı başda olmaq ərəb ölkələri koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərini bombalayıb.
Məlumata görə, husilərin irəliləməsini dayandırmağa hesablandığı deyilən əməliyyat nəticəsində Səna məzarlığı xatırladıb. Şəhəri 150 min ərəb koalisiya qüvvələrinə dəstək verən 100 təyyarə bombalayıb. Bombardmana ABŞ nəqliyyat yardımı ilə dəstək verir. Bombardman nəticəsində ən azı 25 mülki şəxsin öldüyü deyilir.
"İnadkar fırtına" adı alan əməliyyata Səudiyyə Ərəbistanı şahzadəsi Muhammed ibn Salman başçılıq edir.
Qeyd edək ki, Yəməndə husi qiyamçılar prezident Abd Rabbuh Mənsur Hadini hakimiyyətdən uzaqlaşdırdıqdan sonra, o, qaçaraq ölkənin cənubundakı Ədən şəhərinə sığınmışdı. Husilərin Ədənə irəliləməsindən sonra ölkənin xarici işlər naziri Riyad Yassin Körfəz ölkələrini husi qiyamçılarının qarşısını almaq üçün tədbir görməyə çağırmışdı. Başda ABŞ olmaqla kömək özünü çox gözlətmədi. /anspress/